
BAKI, 7 mart. TELEQRAF
Londonun "Old Bailey" cinayət məhkəməsi Bolqarıstanın üç vətəndaşını Rusiyaya casusluqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat verib.
Üç aylıq məhkəmə prosesindən sonra Katrina İvanova, Vanya Qaberova və Tihomir İvançev Rusiya üçün potensial faydalı məlumat toplamaqda təqsirli bilinib.
Həmçinin qeyd edilir ki, daha üç Bolqarıstan vətəndaşı – Orlin Russev, Bizer Djambazov və İvan Stoyanov məhkəmə başlamazdan əvvəl təqsirlərini etiraf ediblər.