Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 20-nə təyin edilib.
İttihama görə, bu ilin fevralın 15-də Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib.
Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib.
Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.
İstintaq orqanı tərəfindən Cəlal Apoyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.