Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar İsmayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.