Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Emil Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin edilib.
İttihama görə, hadisə bu ilin martında Gəncədə qeydə alınıb.
2001-ci il təvəllüdlü Emil Quliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla 1991-ci il təvəllüdlü Abbas Əliyevi qətlə yetirib.
İstintaq orqanı tərəfindən Emil Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.