Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Vaqif Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

Hadisə zamanı sabiq polis əməkdaşı Vaqif Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

Rövşən Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra Vaqif Novruzov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham elan edilib.