Bərdədə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə iyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kəndində baş verib.
Kənd sakini Toğrul Abdullayev həmkəndlisi Rəşad Musayev ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Rəşad Musayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.