Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Şəkili kəndində yaşayan Mirarif Əzizovun yaşadığı evdən 1500 manat oğurlanıb.

Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini Elnəzər İsmayılov saxlanılıb.