Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində yerləşən “ARMY” marketdən ərzaq məhsullarını oğurlanıb.

Oğurluğu törədən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Elvin Mustafayev həbs edilib. Onun əvvəllərdə məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.