BAKI, 26 fevral. TELEQRAF
ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında bildirilib:
“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk.
Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”,- paylaşımda qeyd edilib.