BAKI, 12 iyul. TELEQRAF
"Millətimizin bu saxta qəhrəmanları tanıması və onların əsl simasını görməsi ən böyük istəyimizdir”
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin həyata keçirdiyi "Terrorsuz Türkiyə" layihəsi heç bir bazarlıq və ya alverin nəticəsi deyil, tamamilə prinsipial və diqqətlə yürüdülən siyasətin nəticəsidir.
"Bəzi dairələr terrorun bitməsindən narahat olurlar, çünki bu, onların maraqlarına ziddir. Terrorun bitməsi onları narahat edir. Millətim bu həqiqətləri görür”.
Rəcəb Tayyib Ərdoğan, həmçinin vurğulayıb ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının rəhbərlik etdiyi komandanın Türkiyə sevgisini kimsə sual altına ala bilməz:
"Türkiyənin xeyrinə olan hər bir təşəbbüsün önündə bizi görə bilərsiniz. Heç kimdə şübhə olmasın, biz nə ediriksə, Türkiyə üçün edirik".