
BAKI, 10 aprel. TELEQRAF
Baş naziri Əli Əsədov Azərbaycanda səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib
Görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu.
Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.
Görüşdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov iştirak edib.