![](https://teleqraf.az/storage/2025/02/10/715x378/84-pic_32ratio_900x600-900x600-75460.jpg)
BAKI, 10 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Maska qarşı mübarizəyə başlaya bilər.
Teleqraf xəbər verir ki, bunu “The Guardian” qəzetinə müsahibəsində Amerikanın “Lincoln Project” siyasi fəaliyyət komitəsinin həmtəsisçisi Rik Uilson deyib.
“Onlar sonda toqquşacaqlar. Tramp görəndə ki, İlon Mask onu siyasi cəhətdən incidir, prezident o dəqiqə ipi kəsəcək. Tramp İlonun onu sorğularda aşağı sürüklədiyini görəndə Mask çətin anlar yaşayacaq", - Uilson deyib.
"The Guardian" nəşrindəki məqalədə isə qeyd olunur ki, Trampın var-dövləti Maskın 426 milyard dollarlıq sərvəti qarşısında cırtdan görünür. Mask "X" sosial şəbəkəsi vasitəsilə böyük gücə və təsirə malikdir.
“İlon Maskın indi öz güc bazası var. Onun özünəməxsus şəxsiyyət kultu var. Bu eqoların toqquşacağı vaxt uzaqda deyil”,- yazıçı və teleaparıcı Çarli Sayks məqalədə bildirib.