Tarixi qıdimliyi ilə seçilən Türk ellərinin mədəniyyəti və milli mentaliteti kimi döyüş növləri də fərqli olub. Bu cür döyüş növlərindən biri də “Alpaqut” Turan Döyüş sənətidir. Bu döyüş növü uzun illər unudulub yaddan çıxsa da artıq idmançılarımız bu sahənin inkişafına böyük maraq göstərirlər. Bu növün inkişaf etdirilməsində görülən işlərin artıq ilk nailiyyətləri də var.
“Alpaqut” Turan Döyüş sənəti, türk tayfaların yaratdığı əlbəyaxa döyüş növüdür. Bu döyüş sənəti tədricən genişlənərək yayılıb. Hətta Türk tayfaların ordularında əsgərlərin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə bu döyüş növündən geniş istifadə edilib. Araşdırmalar zamanı məlum olub ki, bu idman növü çoxşaxəliliyi ilə seçilib. Uzun illər unudulub yaddan çıxarılan “Alpaqut” Turan döyüş sənəti 2012-ci ildə azərbaycanlı əməkdar idman ustası Vasif Namazov tərəfindən yaradılıb. Artıq bu döyüş növü respublikanın bir çox rayonlarında tədris edilir. Diqqət çəkən məqamlardan biri də budur ki, bu döyüş növünə maraq yüksəkdir.
Vüqar Əliyev onu da bildirdi ki, artıq bu döyüş növü üzrə respublika səviyyəli turnirlər, beynəlxalq yarışlar keçirilir. Bir dəfə Avrasiya çempionatı, bir dəfə isə keçirilən dünya çempionatında idmançılarımız yüksək nailiyyətlər əldə ediblər.
“Alpaqut” Turan Döyüş növünün geyim forması qara-ağ rəngdədir. Bu formanın üzərində qədim tür tayfalarının mədəniyyətinə uyğun müəyyən ornamentlər təsvir edilib. Hazırda, bu idman növünə marağın çox olmasını nəzərə alaraq, respublika səviyyəli bir çox turnir və yarışlar keçirilir. Müxtəlif yaş qrupunda keçirilən yarışlar üzrə təkcə Ağcabədi rayonu Qaradolaq kəndindən olan 4 idmançı Eltun Hüseynov, Emil İsgəndərov, Hikmət Həsənov birinci, Səmral Mamedov isə 2-ci yer tutublar. 55 və 70 kq çəki dərəcələrində isə Puri Elsevər dünya çemponu, İbrahim İbrahimov isə respublika çempionu olublar. O da qeyd edildi ki, “Alpaqut” Turan döyüş sənətinin, 2017-ci ildə keçiriləcək dünya kontakt döyüşləri olimpiadasına salınması nəzərdə tutulub.