BAKI, 18 avqust. TELEQRAF

2026-cı ilin iyul ayında Azərbaycanda 185,5 min nəfərə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin 136,3 min nəfəri pensiya, 49,2 min nəfəri isə müavinət alıb.