BAKI, 16 iyul. TELEQRAF
Tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabı yeni bir istiqamətdir.
Bunu Teleqraf-a açıqlamasında ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova deyib.
O bildirib ki, "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitab indiyə qədər Qərbi Azərbaycanla bağlı yazılan kitablardan bir qədər fərqlidir: "Yeni istiqamətdə olan bu kitabı yüksək dəyərləndirirəm. Kitabın özəlliyi ondan ibarətdir ki, burada Qərbi Azərbaycandan vaxtilə, 200 illik zaman kəsimində köç etmiş və xüsusilə, Türkiyədə yaşayanlar haqqında və onların xatirələri, maraqlı faktlar öz əksini tapır".