BAKI, 18 iyun. TELEQRAF
2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, onların 52,1 faizini qadınlar təşkil edib.
Qeyd olunub ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.