BAKI, 12 iyun. TELEQRAF
Qəbələdə 5,1 maqnitudalı zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin nəzdində fəaliyyət göstərən Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində qeydə alınıb.
Yerli vaxtla saat 15:13-də baş verən zəlzələnin maqnitudası 5,1, ocağının dərinliyi isə 42 kilometr olub.
Yeraltı təkanlar episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss edilib.
***
15:27
Xankəndidə güclü zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.
Onun sözlərinə görə, binalar silkələnib.
***
15:19
Azərbaycanda zəlzələ olub.
Teleqraf xəbər verir ki, yeraltı təkanlar Mingəçevir, Ağdaş, Qəbələ və digər qonşu rayonlarda hiss edilib.
Məlumatlara görə, zəlzələnin maqnitdudası 5 baldan yuxarı olub.