BAKI, 3 iyun. TELEQRAF
“İcmamız Ermənistan hökumətinə dialoq təklifi ilə dəfələrlə müraciət etsə də, qarşı tərəf çağırışlarımıza hələ də cavab vermir, əksinə, Qərbi Azərbaycana qayıdış məsələsini siyasi gündəmdən çıxarmaq üçün əlindən gələni edir”.
Teleqraf xəbər verir ki, bu fikirləri “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda səsləndirib.
O xatırladıb ki, təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb:
“Təkcə belə bir faktı xatırladım ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı müəyyən edilib ki, bu qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilib, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib”.