BAKI, 3 iyun. TELEQRAF

"Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlamasından üç il ötür. Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin strateji hədəflərindən biri, eyni zamanda milli ideyamızdır.”

Teleqraf xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ə.Ələkbərli vurğulayıb ki, torpaqlara qayıdış insanlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır:

"Bu, bizim milli ideyamızdır. Azərbaycan dövlət başçısı və Ermənistan Baş naziri arasında aparılan danışıqlar bölgəyə davamlı sülhün gələcəyinə ümid yaradır. Biz bu danışıqları tarixi torpaqlara qayıdış üçün yaranan imkan kimi qiymətləndiririk”.