BAKI, 22 may. TELEQRAF
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2026-cı il mayın 10-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.