BAKI, 6 may. TELEQRAF
Bakı şəhəri, Səbail rayonunda fəaliyyət göstərən “Dehli” ictimai iaşə müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət göstərən müəssisə “Saeed And Co” MMC-yə məxsus olub.
"Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.