BAKI, 28 aprel. TELEQRAF

Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncamla Fövqəladə Hallar Nazirliyinin görəcəyi işlərin siyahısı təqdim edilib. Siyahıya əsasən, Xaçmaz rayonu üzrə Xaçmaz şəhərində 1, Xudat şəhərində 2, Ləcət, Cığatay, Uzunoba, Yalama kənlərinin hər birində 2, İstisu qəsəbəsində 3, Tel, Xanoba və Xuray kəndlərinin hər birində 2 fərdi yaşayış evləri yenidən tikiləcək.

Qusar rayonu üzrə Aşağı Ləgər kəndində 2, Əniq, Quxuroba kəndlərinin hər birində 1 fərdi yaşayış evləri yenidən inşa olunacaq.

Şabran rayonu üzrə Şabran şəhərində 1, Xırdaoymaq, Borbor, Surra, Söhbətli, Çölquşçu kəndlərinin hər birində 1 fərdi yaşayış evi yenidən tikiləcək.

Siyəzən rayonu üzrə Siyəzən şəhərində Seyfəddin Dağlı küçəsi 64, Xətai küçəsi 86 və Füzuli küçəsi 15 ünvanlarında və Balaca Həmyə kəndində 2 fərdi yaşayış evləri yenidən tikiləcək.

Quba rayonu üzrə Quba şəhərində 1, Tülər, Vladimirovka, Kunxırt, Raziyələr, Susay, Qalayxudat, Xaspolad, İspik kəndlərinin hər birində, o cümlədən Qaraçay, Gənclər qəsəbələrində 1, Kələbağ kəndində isə 2 fərdi yaşayış evi yenidən inşa olunacaq.

Xızı rayonu Sitalçay kəndində də 5 fərdi yaşayış evi yenidən tikiləcək.

Həmçinin Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, Ozan küçəsi 167, ev 112A ünvanında fərdi yaşayış evi tikiləcək.

O cümlədən FHN tərəfindən Bakı şəhəri, Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarları inşa olunacaq.