BAKI, 28 aprel. TELEQRAF
"Bir çox hallarda Azərbaycan palçıq vulkanları ölkəsi kimi xarakterizə olunur. Buna səbəb Azərbaycanda 300-dən çox palçıq vulkanının olmasıdır.
Teleqraf xəbər verir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
O həmçinin vurğulayıb ki, qısamüddətli zəlzələ proqnozunu öncədən demək qeyri-mümkündür:
"Ölkəmizdə baş vermiş ortamüddətli zəlzələnin proqnozunu daha əvvəl vermişdik. Hər bölgədə olan stansiyada kompleks analizlər aparılır. İlboyu blokların hərəkətləri, sürəti, istiqaməti müəyyənləşir. Seysmoloji Xidmət Mərkəzi tərəfindən sürüşmə zonalarında kompleks tədbirlərlə sürüşmənin dərinliyi, ümumi kütləsi, istiqaməti dərindən əsaslandırılır və layihələndirmə üçün təhvil verilir".