BAKI, 27 aprel. TELEQRAF

2027-ci ildə xarici dil imtahanında irəli sürüləcək tələblər açıqlanıb.

Teleqraf xəbər verir ki, bu bardə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva məlumat verib.

O bildirib ki, imtahanda 26 test tapşırığı (25 qapalı +1 yazı) yer alacaq.

“Dinləyib-anlama - 4 qapalı tipli test tapşırığı, Oxu (2 hissəli ) - 8 test tapşırığı, qrammatika - 13 test tapşırığı, yazı - 1 tapşırıq təşkil edəcək.

Yazı bacarığı - verilmış sual va ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək ifadə etməyi tələb edən yazılı tapşırığa əsasən yoxlanılacaq”.