KÜRDƏMİR, 17 aprel. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) pandemiyadan sonra mərhələli şəkildə köhnə stansiyaların fəaliyyətini bərpa edir, coğrafiyanı genişləndirir.
Teleqraf -ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı çıxışında deyib.
O bildirib ki, qatar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatır.
"Əvvəllər bu vaxt 3 saat 11 dəqiqə idi", - o vurğulayıb.