BAKI, 12 aprel. TELEQRAF

Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq. Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.