BAKI, 11 mart. TELEQRAF
Füzuliyə qayıdan keçmiş məcburi köçkün Əli Mirzəyev doğma yurduna dönməyin sevincini yaşadığını bildirib.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Füzuliyə qayıdan keçmiş məcburi köçkün Əli Mirzəyev deyib.
Əli Mirzəyev bildirib ki, vaxtilə Füzulidən ata və anası ilə birlikdə çıxmağa məcbur olub, indi isə öz ailəsi ilə birlikdə doğma torpaqlarına qayıdır.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə çalışır və ailəsi ilə birlikdə yeni mənzillərində yaşayacaqlar.
“Biz bütün bunlara, əlbəttə ki, şəhidlərimizə borcluyuq. Cənab Prezidentimizin rəhbərliyi ilə ordumuz qalib gəldi və biz bu gün bu sevinci yaşayırıq. Qazilərimizə də can sağlığı arzulayıram, onlara ömür boyu minnətdar olacağıq”, - deyə Ə.Mirzəyev bildirib.