BAKI, 4 mart. TELEQRAF

2022–2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə (60/60 bal) göstərmiş 10 müəllimə "TəhsilPlus" kartları təqdim olunub.

Teleqraf xəbər verir ki, müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət "TəhsilPlus" kartından istifadə imkanı əldə edəcək.