BAKI, 3 mart. TELEQRAF

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər 1-14 aprel tarixlərində qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, imtahan mayın 17-i keçiriləcək.