BAKI, 27 fevral. TELEQRAF
Bu gün Cəbrayılın Horovlu kəndinə yola salınan köç karvanı mənzil başına çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.