XOCAVƏND, 27 fevral. TELEQRAF
"Şükür ki, bizə burada çox gözəl şərait yaradılıb. İşığımız, qazımız, suyumuz, hər bir şəraitimiz yerindədir".
Bu barədə Teleqraf-a Xocavənd kənd sakini Gülnarə Ağayeva deyib.
O bildirib ki, Xocavənd kəndindən 1991-ci ildə qaçqın düşüblər:
“Şükür edirik ki, qayıtmışıq. Bu kənddən çıxında mənim 13 yaşım var idi. Doğma yurda qayıdıb bu dağı, dərəni görəndə çox xoşbəxt oldum. Uşaqlığım burada keçib. Allah prezidentimizə, milli ordumuza dəyməsin. Şəhidlərimizə Allah rəhmət etsin. Bu torpaqlar onların qanı bahasına alınıb.
Əslində, ermənilər buranı çox pis vəziyyətə salmışdılar. Hətta qəbiristanlıqlar, qəbirlər də yoxdur. Anam öz bacısının qəbrini çətinliklə tapdı. Qəbir dağıdılmışdı. Düşmən şəhəri, kəndi dağıtmışdı. Şükür ki, burada bizim üçün evlər, binalar tikilib”.