BAKI, 25 fevral. TELEQRAF

Son günlər bəzi təlim mərkəzləri tərəfindən “Yüksəliş” müsabiqəsinin adı və loqosundan istifadə olunmaqla sınaq imtahanları və hazırlıq proqramlarına dair elanlar paylaşılmaqdadır.

Teleqraf xəbər verir ki, bu barədə "Yüksəliş" məlumat yayıb.

"“Yüksəliş” müsabiqəsi adından rəsmi olaraq bildiririk ki, qeyd olunan fəaliyyətlərin müsabiqə ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

Məlumat üçün diqqətinizə çatdırırıq ki, VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi hələ elan edilməyib. ⁠Rəsmi imtahan tarixləri, eləcə də müsabiqə ilə bağlı bütün rəsmi məlumatlar yalnız “Yüksəliş” müsabiqəsinin rəsmi səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Namizədlərdən xahiş edirik ki, məlumatları yalnız rəsmi mənbələrdən əldə etsinlər və qeyri-rəsmi elanlara qarşı diqqətli yanaşsınlar", - məlumatda bildirilib.