Məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlanıb və yaxın zamanda təsdiq olunacaq”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyen jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iddia, apellyasiya, kassasiya ərizələrinin, şikayərlərin məhkəmələrə daxil olan zaman onların prosesual normalara uyğun tərtibinin süni intelleklə yoxlanılması imkanları istiqamətində işlər aparılır:

“Bundan başqa, sadə işlərin əmr icraatı qaydasında, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə süni intellektin verdiyi imkanlardan istifadə edərək qərar layihələrinin hazırlanması istiqamətində də hazırda işlər aparılır. Son məqsədimiz məhkəmə qərarlarının proqnozlaşdırılmasının təmin olunmasıdır ki, vətəndaşlarımız müraciət etdiyi zaman iddasının uğurluluq dərəcəsini qiymətləndirmək imkanı olsun”.