BAKI, 4 fevral. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində fəaliyyət göstərən “Venera” kafesində yoxlama keçirib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, kafe Ələsgərov Vüqar Firqət oğluna məxsus olub.

"Baxış zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən edilib. Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl olunmur, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası ilə bağlı məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.