BAKI, 4 fevral. TELEQRAF

"Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"ı məhkəməyə verir.

Teleqraf xəbər verir ki, o bu barədə sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı mübarizəyə başlayır:

"Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm. İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən başdansovdu yanaşmaya qarşıyıq", - o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli ona göstərilən xidmətdən narazı qalmışdı.