GƏNCƏ, 26 yanvar. TELEQRAF

Moskvanın Vnukova Hava Limanından qalxan "Utair" aviaşirkətinə məxsus 743 saylı Moskva-Gəncə reysi Gəncə Beynalxalq Hava Limanına eniş edə bilməyib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, buna səbəb dumanlı hava şəraiti olub.

Reys Gəncədən Bakıya qayıdıb və Bakı Beynəlxalq Hava Limanına uğurlu eniş edib. Hazırda həmin reysin təkrar 120 sərnişinlə Gəncədən Moskvaya dönəcəyi gözlənilir.