BAKI, 26 yanvar. TELEQRAF

"2025-ci il ərzində "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sədri Əli Nəbiyev agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb.

"Ölüm faktı qeydə alınmayıb. Təhlillər göstərir ki, zəhərlənmələrin 65%-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub", - o vurğulayıb.