BAKI, 24 yanvar. TELEQRAF
LERİK, 24 yanvar. TELEQRAF
Lerik rayonunun mərkəzində qarın yaratdığı çətinliklər qalmaqdadır.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, rayonun mərkəzi hissəsində qarın buzlaşması səbəbindən yolların qardan təmizlənməsini çətinləşdirib.
Bu da nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır.
Analoji vəziyyət rayonun ətraf kəndlərində də müşahidə olunur.
Bir həftəlik fasilədən sonra bu gün bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi qismən bərpa olunub.
Qeyd edək ki, şaxtalı hava şəraiti ilə əlaqədar Lerikin yollarında polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub.