BAKI, 21 yanvar. TELEQRAF

Şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi zamanı bildirilib.

Bildirilib ki, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.