BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə yeni təyin olunan Zümrüd Vəliyeva kollektivə təqdim edilib.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Zümrüd Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb.

Z.Vəliyeva 2022-2024-cü illərdə “LANDAU School”da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib.