BAKI, 30 dekabr. TELEQRAF

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun fəaliyyətinə dair sənəddə dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli qərarı ilə təsdiq olunmuş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə 2020-ci il 1 oktyabr tarixli 370 nömrəli qərarın 2.3-cü bəndində yer alan “5” rəqəmi “10” rəqəmi ilə əvəz olunub.