2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.