BAKI, 24 dekabr. TELEQRAF

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.