BAKI, 7 dekabr. TELEQRAF

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dekabrın 9-da Xırdalan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.