BAKI, 6 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən 5 saylı “ASAN xidmət” mərkəzində, Sumqayıt RM tərəfindən SOCAR-ın “Azəriqaz” İB-nin Sumqayıt Regional Qaz İstismarı İdarəsində, Gəncə RM tərəfindən “ATS FOOD” MMC-yə məxsus, Şəmkir şəhərində yerləşən çörək istehsalı zavodunda, Şəmkir rayon E.Qasımov adına Qədimqala kənd və Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəblərində, Qazax rayonu, Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 nömrəli, Samux rayonu, E.İsgəndərov adına Əhmədbəyli kənd və Göygöl rayonu, Kərəmli kənd tam orta məktəblərində, Şimal-qərb RM tərəfindən “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vəndam Ailə-Sağlamlıq Mərkəzində və Qəbələ rayonu, Vəndam qəsəbə Uşaq bağçasında, Oğuz rayonu Z.Abışov adına Xaçmaz kənd ümumi və Oğuz rayonu Xaçmazqışlaq kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Xaçmaz rayonu, Xanlıqoba kənd ümumi və Quba rayonu, Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəblərində, Aran RM tərəfindən Zərdab rayonu, Dəli Quşçu kənd tam orta məktəbində və Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçasında, Qarabağ RM tərəfindən Ağcabədi rayonu, Köyük və Evoğlu kənd tam orta məktəblərində, Cənub RM tərəfindən Lənkəran rayonu, Xarxatan və Masallı rayonu, B.Şiriyev adına Mollaoba kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.