BAKI, 6 dekabr. TELEQERAF
“Azərbaycan ötən il D-8 təşkilatına üzv olub və qısa müddət ərzində bu sahədə mühüm addımlar atıb”.
Teleqraf xəbər verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Gənclər Dialoqunda çıxışı zaman deyib.
O qeyd edib ki, bu müddət ərzində Azərbaycan qurumda aparılan islahatlarda iştirak etməyə çalışıb: "Ölkəmizdə D-8-in 3 yeni mərkəzinin, o cümlədən Media Mərkəzinin yaradılması nəzərdə tutulur. Biz həmçinin D-8 həftəsini uğurla təşkil etdik”.
Yalçın Rəfiyev qeyd edib ki, texnolgiya və iqlim sahəsi çox sürətlə inkişaf edir: "Bu prosesdə gənclərin iştirakı vacibdir".