BAKI, 6 dekabr. TELEQERAF

“D-8 Təşkilatı iqtisadi əməkdaşlıq qurumudur. Azərbaycanın 9-cu üzv kimi qoşulması təşkilatın genişlənməsi baxımından mühüm addımdır. Azərbaycan təşkilata qoşulmasından məmnunuq”.

Teleqraf xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam deyib.

O vurğulayıb ki, əsas əməkdaşlıq sahələri ticarət, ərzaq təhlükəsizliyi, sənaye, turizm, təhsil və gənclərin inkişafını əhatə edir:

“Azərbaycanın COP29, iqlim sahələrdəki təcrübəsi bizim üçün olduqca önəmlidir. şkilat daxilində 2 milyarddan çox insanı birləşdirən üzv ölkələr var. Bu, D-8-in böyük potensiala sahib olduğunu göstərir.

İnanıram ki, forumda daha təhlükəsizlik gələcəyi təmin etməyə çalışacağıq. Forum çərçivəsində Bakıda gənclərin bəyannaməsi formalaşmalıdır”.