BAKI, 6 dekabr. TELEQERAF
“Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərlə bağlı məsələlər BMT ilə əməkdaşlıq çərçivəsində də inkişaf etdirilir. Ölkədə çoxsaylı Gənclər Mərkəzləri yaradılıb”.
Teleqraf xəbər verir ki, bunu “D-8 Gənclər Dialoqu”nda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, fəaliyyət çərçivəsində müxtəlif layihələr həyata keçirilir, beynəlxalq tədbirlərdə və gənclər təşkilatlarında aktiv iştirak edilir: “Bu yaxınlarda Gənclər Forumu Şuşada keçirilib. Gələn il bir sıra böyük tədbirlər planlaşdırılıb. Bu təşəbbüslər BMT tərəfindən də dəstəklənir və bizim üçün mühüm bir imkandır”.