BAKI, 5 dekabr. TELEQRAF
Hakimlərin davamlı tədrisinin təkmilləşdirilməsi məqsədilə təlimçi hakimlərin müvafiq təlimlərə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.
Şuradan Teleqraf-a verilən xəbərə görə, bu məqsədlə cari ilin 3-5 dekabr tarixlərində Şabran rayonunda təlimçi hakimlər təlim metodologiyası və hakim etikası mövzuları ətrafında uzunmüddətli təlimə cəlb ediliblər.
Avropa İttifaqının layihə üzrə eksperti Marina Naumovskanın iştirakı ilə keçirilən təlimlərdə mövzular üzrə fikir mübadiləsi, müxtəlif kazuslar ətrafında müzakirələr aparılıb.
Həmçinin təlim müddətində hakimlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub.
