BAKI, 1 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 221 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Teleqraf xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən məlumat yayıb.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 35 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 22 nəfər xəsarət alıb, bağlı qapı arxasında aşkar olunmuş 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.